Keçmiş məhbus evində qətlə yetirildi


21:21     02 May 2016 meyit%20(3)9.jpg

Paytaxtın Yasamal rayonunda qətl hadisəsi baş verib. Rayonun Vasif Əliyev küçəsində ev 217 ünvanından kişi meyiti tapılıb.


Əraziyə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Mərhumun üzərinə baxış keçirilərkən onun 41 yaşlı Mirzə Hüseynov olduğu məlum olub. Hüquq mühafizə orqanı əməkdaşları 41 yaşlı kişinin üzərində kəsilmiş deşilmiş xəsarətlər aşkar ediblər. Qətlə yetirilən şəxsin qohumlarının sözlərinə görə, əslən Masallı rayonundan olan Mirzə Hüseynov Yasamal rayonu 2-ci Yasamal adlanan ərazisində tək yaşayırmış. Onun qətlə yetirilməsindən qonşular xəbər tutub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qeyd edək ki öldürülən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1441