“Ermənistanda Ter-Petrosyan dönəmidir”


15:55     03 May 2016 seda_hefte.jpg

“Levon ter-Petrosyan Xankəndinə təkcə Sarkisyanın minnətçi düşdüyü üçün getməyib, o, həm də öz oyununu oynayır”.


Bu sözləri millət vəkili Sahib Alıyev Femida.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, hakimiyyətdə kimin təmsil edilməsindən asılı olmayaraq, Ermənistan güzəştə məhkumdur:

“Amerika dövlət katibiylə Rusiya xarici işlər naziri arasında son 10 gündə aparılan 3 telefon danışığının üçündə də Dağlıq Qarabağ məsələsinin qaldırılması ondan xəbər verir ki, həmsədrlər tezliklə ortaq təkliflə çıxış etməyi planlaşdırırlar. Bəzi dəqiqləşdirmələr gedir. Ermənistan rəhbərləri arasında özünün daha yüksək inttellekti və hiyləgərliyi ilə seçilən Levon Ter-Petrosyanın Dağlıq Qarabağa səfəri də onu göstərir ki, bu təcrübəli erməni siyasətçisi də hansısa dəyişikliklərin gözlənildiyinin fərqindədir. Və o, Xankəndinə təkcə Sarkisyanın minnətçi düşdüyü üçün getməyib, həm də öz oynunu oynayır. Levon Ter-Petrosyanın Xankəndinə getməsi Serj Sarkisyanın onun bir zamanlar dediklərinə gəlməsinin göstəricisdir. Hazırda hakimiyyətdə kimin təmsil edilməsindən asılı olmayaraq Ermənistanda dönəm Levon Ter-Petrosyan dönəmidir, yəni forpost güzəştə hamilədir ...”

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1620