Azərbaycanda nə qədər hemofiliyalı хəstə var?


16:07     03 May 2016 hemofo.jpg

“Azərbaycanda 1 500-dən çox hemofiliyalı xəstə dispanser qeydiyyatındadır”.


Femida.az xəbər verir ki, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib. Onun sözlərinə görə, hemofiliya müxtəlif qanaxmalarla müşahidə olunan ağır irsi qan xəstəliyidir:

“Hemofiliya problemi bütün dünyada mövcuddur. Bu gün dünya üzrə 400 000 hemofiliyalı xəstə var. Xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara xəstənin hələ uşaq və gənc yaşlarında əlil və şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Lakin çoxillik təcrübə göstərir ki, vaxtında və lazımi səviyyədə antihemofil preparatlarla aparılan müalicə, xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır. Azərbaycan da bu problemdən kənarda qalmayıb.Belə ki, ölkədə 1 500-dən çox xəstə dispanser qeydiyyatındadır".

Mərkəzinin rəhbəri deyib ki, bu gün ağır hemofiliyalı xəstə uşaqlarda birincili profilaktika aparılaraq əlilliyin qarşısı alınır, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər:

“Hemofiliya mutant (patoloji) geni ressesiv halda cinslə zəncirləşərək “X” xromosomu vasitəsilə nəslə ötürülür. Hemofiliya ailə üzvlərinin ancaq kişi cinsinə ana vasitəsilə keçir. Ana özü isə praktiki sağlam olur.

Femida.az

Açar sözlər:

Oxunub: 1202