Dondurma nəzarətə götürüldü


19:52     16 İyun 2015 dondurma.jpg

Havalar isindikcə dondurma və sərinləşdirici içkilər bazarına nəzarət artırılıb.


Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev məlumat verib.

“Dondurma və sərinləşdirici içkilərin keyfiyyəti ilə bağlı mütəmadi monitorinqlərə başlamışıq. Məqsəd keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli olan məhsulları aşkarlayıb bazardan çıxarmaqdır. Hələlik monitorinqlərin nəticəsinə görə qanun pozuntusuna rast gəlməmişik. Belə bir hal aşkarlansa, dərhal tədbir görüləcək” - deyə A.Əliyev bildirdi.

Nazirlik rəsmisi əhalini də diqqətli olmağa çağırdı. Bildirdi ki, istehlakçılar xoşagəlməz hallarla rastlaşdıqda “195” saylı qaynar xəttə müraciət etsinlər.


Açar sözlər:

Oxunub: 1087