Obama ilə Kastro Bakıda görüşdü - VİDEO


21:07     03 May 2016 kastro.jpg

ABŞ prezidentinin Kubaya səfəri zamanı gerçəkləşməyən Obama-Fidel Kastro görüşünün ardından iki liderin bənzərləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib.


Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar görüşərək dünyaya sülh mesajı veriblər. Azərbaycanlı Obama Asif Mustafayev və azərbaycanlı Kastro Vahid Rüstəmov Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhuna dualar oxuyublar. Görüşün gündəmində isə terror aktları və dünyada sülhün bərqərar olması olub.

Obamanın bənzəri bildirib ki, 2009-cu ildə Amerikada hökumət dəyişikliyi olanda Kastronun bənzəri ilə görüşüb: “2009-cu ildə iki dövlət arasındakı buzların əriyəcəyinə inanırdıq. Obamanın Kubaya yaxşı niyyətlə getdiyini bilirəm. Mən də Obamanın bənzəri olaraq Kastro ilə görüşdüm”.

A.Mustafayev ABŞ prezidentliyinə namizəd Donald Trump haqqında da fikirlərini bildirib: “D.Trump bir kibrit kimidir, alışıb yanar. O və onu dəstəkləyənlər yalnız Amerikanı deyil, bütün dünya iqtisadiyyatını çıxılmaz hala salırlar”.

F.Kastronun bənzəri V.Rüstəmov iki liderin bənzərləri olaraq sülh mesajı üçün bir araya gəldiklərini bəyan edib: “Bilirsiniz ki, Obama ailəsi ilə birlikdə Kubaya getdi və orada isti qarşılandı. Biz bu görüşlə bir daha onlar arasındakı sülhə dəstək veririk. Sülhün davam etməsini və terrorun dayanmasını istəyirik”.

Son zamanlar Türkiyədə baş verən terror hadisələrindən böyük təəssüf hissi keçirdiyini bildirəm V.Rüstəmov, Obamanın bənzəri ilə Türkiyəyə gedib, terror aktlarında həyatını istirənlər üçün Taksim Meydanına qərənfil qoymağı arzuladığını qeyd edib.

Açar sözlər:

Oxunub: 5076