ANAMA mina axtarıb


00:20     04 May 2016 b4244aba3e3073eb7165a316862cd352.jpg

ANAMA bu gün Tərtər və Ağcabədi rayonlarında aşkar olunan mina və partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.


Femida.az ANAMA-ya istinadən xəbər verir ki, aşağıdakı məntəqələrdə axtarışlar aparılıb.

Tərtər rayonu Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 12 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 3 500 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Azadqaraqoyunlu kəndi – 4 əkin sahəsində, 4 partlayış yerinə baxış keçirilib, 720 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Şıxarx kəndi - 1 ev və həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi götürülüb və 3 000 kv.m. ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Qaynaq kəndi - 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. (DİN-nin “102” Xidməti-Zəng mərkəzinin məlumatı)

Beləliklə, Tərtərdə 7 ev və həyətyanı sahə, 4 əkin sahəsinə baxış keçirilib, 3 partlayış yeri aşkar edilib. Nəticədə 13 partlayış yeri aşkar edilib, 19 220 kv. m ərazi təmizlənib və 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb.

Ağcabədi rayonu Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 6 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 857