Bakı nefti ucuzlaşdı


14:21     04 May 2016 azrbaycan-nefti-24.jpg

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,13 dollar yaxud 4,44% ucuzlaşıb.


Femida.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,81 dollara bərabərdir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 43,61 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar azalaraq 44,89 dollar olub.

Açar sözlər:

Oxunub: 901