Ağdaşdan deputatlığa namizəd olanların ADLARI


15:32     04 May 2016 big_1419494660_secki.jpg

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak etmək üçün 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.


Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov bildirib.

DSK sədri deputatlığa namizədlərin adlarını açıqlayıb.

Cavid Osmanov Həmid oğlu - Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri

Ağazadə İqbal Fehruz oğlu - Ümid Partiyasının sədri

Məmmədov İlqar Eldar oğlu – REAL Hərəkatının sədri

Haqverdiyev Əli Bəkir oğlu – Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi

Hüseynova Səidə Bahadur qızı – Media və Təhsil İnnovasiya Mərkəzi İctimai Birliyinin sədri

Əliyev Bəybala Əşrəf oğlu – bitərəf

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Açar sözlər:

Oxunub: 921


Oxşar xəbərlər