47 yaşlı kişi öldürüldü - Sumqayıtda


15:57     04 May 2016 bicaqlanma6.jpg

Sumqayıt şəhərində qətl törədilib.


Femida.az xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəllə adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Tapdıq Musayev naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 874