Fuad Qəhrəmanlı həbsdə qaldı

Fuad Qəhrəmanlı həbsdə qaldı


19:47     04 May 2016 fuad5.jpg

Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.


Femida.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə vəsatəti təmin edərək onun həbs müddətini 2 ay uzadıb.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Martın əvvəlində məhkəmə onun həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb.

Femida.az

Açar sözlər:

Oxunub: 872