Bir şüşə hava - 20 dollar

Bir şüşə hava - 20 dollar


20:24     04 May 2016 cin%20hava.jpg

Çində ölkədəki hava çirkliliyini fürsət bilən avstraliyalı iki şəxs hava ticarətinə başlayıblar.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Con Dikinson və Zeo Ruyqrok Avstraliyadan təmiz havanı şüşələrə dolduraraq Çində 20 dollara satırlar.

Dolu bir şüşə ilə 130 nəfəs təmiz hava almağın mümkün olduğunu deyən ticarətçilər bir şüşə təmiz hava alana plastik maska hədiyyə etdiklərini deyiblər.

Qeyd edək ki, Çin ən çox hava çirkliliyindən əziyyət çəkən ölkədir. Bu ilin əvvəlindən başlayaraq, Çin hökuməti hava kirliliyinə qarşı mübarizə aparır. Lakin sənayenin sürətli inkişafı nəticəsində ölkənin böyük şəhərləri həm də dünyanın ən çirkli şəhərləri sırasındadır.

Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 2133