Qadın ərinin tanışı tərəfindən öldürüldü


22:21     04 May 2016 qetl83.jpg

Bıçaqlanmış vəziyyətdə xəstəxanaya gətirilən qadın orada dünyasını dəyişib.


Bu barədə ANS PRESS-ə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat veriblər. Bildiriblər ki, şəhərin Avtozavod qəsəbəsində yaşayan 1964-cü il təvəllüdlü Nahidə Alay qızı İsmayılova günorta saatlarında qarın nahiyəsinə endirilmiş 8 bıçaq zərbəsi ilə tibb müəsisəsinə gətirilib.

Həkimlər onun həyatını xilas etmək üçün mümkün tədbirlər görsələr də, 52 yaşlı qadın bir neçə dəqiqə əvvəl xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, Nahidə İsmayılova ərinin tanışı tərəfindən bıçaqlanıb. Qətli törədən şəxs də, hadisədən sonra polis idarəsinə gələrək könüllü təslim olub.

Qətlin borc üstündə törədildiyi ehtimal edilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1000