MHP-nin AKP-dən istədiyi nazirliklər - SİYAHI


01:35     17 İyun 2015 1036.jpg

Türkiyədə parlament seçkilərindən sonra Ankarada gizli koalisiya danışıqları aparılır. Pərdəarxasında AKP-nin MHP ilə koalisiya yaradacağı danışılır.

Femida.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, MHP koalisiya şərtləri daxilində AKP-dən bir sıra nazirlikləri tələb etdiyi deyilir.

Məlumata görə, Milliyətçi Hərəkat Partiyası Ədliyyə, Daxili İşlər,Təhsil və Xarici İşlər Nazirliyi başda olmaqla bütövlükdə 9 nazirlik tələb edib. AKP isə özəlliklə Ədliyyə və Daxili İşlər Nazirliyini MHP-yə verməməkdə israrlıdır.

İddiaya görə AKP MHP-yə Milli Məclis sədirliyini, 2 Baş nazir köməkçisi və 3 icraçı nazirliyi təklif etdiyi bildirilir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1214