Müəmmalı qətlin üstü açıldı


16:26     05 May 2016 qetl3.jpg

Mayın 2-də Bakı şəhərinin Yasamal rayonunda törədilmiş qətl hadisəsinin üstü çılıb.


Femida.az lent.az-a istinadən bildirir ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Əliyev küçəsi 217 üncanındakı evdə 41 yaşlı Mirzə Hüseynovu bıçaqlayaraq qətlə yetirmiş şəxsin 1988-ci il təvəllüdlü Cavadov Elçin Mirheydər oğlu olması müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, qətlə yetirilən şəxs keçmiş məhkumdur və narkotik vasitə aludəçisi olub. Hadisəni törədən E.Cavadov da narkotik istifadəçisidir və hadisə baş verən gün M.Hüseynovun evinə gələrək narkotik istəyib. Bu zaman onların arasında münaqişə yaranıb.

E.Cavadov tanışını söyüşə görə öldürdüyünü bildirib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1512