Dənizdə batan 3 nəfər xilas edildi
01:14 17 İyun 2015
FHN dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfəri xilas edib.
Femida.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Digər hadisə isə Bakı şəhəri, Binəqədi rayonunda baş verib. Rayon ərazisində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Oxunub: 903
Oxşar xəbərlər
- Dənizdə zəlzələ oldu
- Dənizdə batan şəxs xilas edilib
- Dənizdə batan 2 nəfər xilas edilib
- Dənizdə batan var
- Dənizdə batan gənclər tələbə imiş...
- Dənizdə 2 nəfər batdı - Birinin kimliyi müəyyənləşib
- Dənizdə 1 nəfər batıb
- Dənizdə batan şəxs xilas edilib
- Dənizdə batan iki nəfər xilas edilib
- Dənizdə batan 2 nəfər xilas edildi