Hökumət istefa verib - Diplom qalmaqalı


01:59     17 İyun 2015 bas%20n.jpg

Moldova hökuməti tam tərkibdə istefa verib.


Femida.az-ın İnterfax-a istinadən məlumatına görə, bu qərar ölkənin baş naziri Kirill Qaburiçin vəzifədən getməsindən sonra qəbul edilib.

“Qanunvericiliyə əsasən, baş nazir istefaya gedən zaman bütün hökumət də vəzifədən getmiş hesab olunur. Biz bu qərarla bağlı rəsmi şəkildə parlamentə müraciət etdik”-deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 38 yaşlı K.Qaburiçin baş nazir postuna namizədliyini Moldova Liberal Demokrat Partiyasının təklifi ilə “Avropa Moldovası uğrunda Alyans” irəli sürüb. Qaburiç 2012-ci ildən 2014-cü ilin sonunadək Azərbaycanda “Azercell” şirkətinin direktoru işləyib. Apreldən ona qarşı təhsil haqqında sənədlərinin saxta olması ilə bağlı cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 866