Rusiyada azərbaycanlılara cəza verildi - 12 il


17:18     15 Aprel 2015 BB8D498C-C746-4BB3-87DE-E42A619046E4_w748_r1_s.jpg


Rusiyanın Xabarovsk diyarında azərbaycanlının rəhbərlik etdiyi cinayətkar qrup saxlanılıb.

Femida.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkar dəstə Vaninsk rayonu ərazisində Lidaqo –Vanino yolunda oğurlanmış avtomobillərin nömrələrindən istifadə edərək yol-nəqliyyat hadisəsi imitasiya edirmiş.

Tır sürücüləri onlara yardım edən zaman cinayətkar qrup onlara hücum edirmiş. Onlar sürücüləri döyərək, onları avtomobillərdə bağlayır, onların qiymətli əşyalarını isə özləri ilə aparırdılar. Cinayətkarlar hücüm zamanı beysbol bitası, silah və pnevmatik tapançadan istifadə edirmişlər. Cinayətkarlar bu sxemdən istifadə etməklə 70 min rubldan çox gəlir əldə edib.

Sonuncu cinayət zamanı polislər cinayətkarları görüb. Azərbaycanlının rəhbərlik etdiyi dəstə hadisə yerindən qaçmağa çalışarkən idarəetməni itirib və su arxına düşüb. Bundan sonra cinayətkarlar sənəd və silahlarını maşında qoyaraq, hadisə yerindən qaçıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, cinayətkar qrupun təşkilatçısı qanunsuz formada Rusiya ərazində olan Azərbaycan vətəndaşıdır. Digər iki cinayətkar isə karate ilə məşğul olub.

Məhkəmə dəstənin rəhbəri olan azərbaycanlını 12 il müddətinə, digər şəxsləri isə 10 və 9 il müddətinə azadlıqdan məhrum edib.

Femida.az

Açar sözlər:

Oxunub: 706