Qızı atın quyruğuna bağlayıb sürüdülər – Cəlilabadda dəhşət


16:22     17 İyun 2015 57750.jpg

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az xəbər verir ki, hadisə şahidlərinin Anspress-ə verdikləri məlumata görə, rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb. Deyilənlərə görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.

Cəlilabad rayon polis şöbəsindən və Prokurorluğundan faktı təsdiqləyiblər. Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib. Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1446