Naməlum şəxs lotereyada 40 milyon uddu

Naməlum şəxs lotereyada 40 milyon uddu


13:48     08 May 2016 6fb7cd7df7e65a64c35f79b8659b2be7.jpg

Kanadanın Kvebek bölgəsində naməlum şəxs populyar milli “Lotto Max” lotereyasında 50 mln Kanada dolları (38,7 mln ABŞ dolları) udub.


Femida.az-ın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir.

Uduşlu bilet təqdim edildikdən sonra onun sahibinin kimliyi məlum olacaq.

Hər biri 1 mln Kanada dolları (770 min ABŞ dolları) olmaqla daha iki bilet uduşlu olub.

Əhali arasında populyar olan “Lotto Max” lotereyası Kanadada 2009-cu ildən oynanılır. Uduşu əldə etmək üçün 1-dən 49-dək yeddi əsas rəqəmi doğru qeyd etmək gərəkdir. Bundan başqa, 6-7 ikincidərəcəli mükafatlar da oynanılır.

2015-ci ilin oktyabrında “Lotto Max” lotereyasında 64 mln Kanada dolları ($49,5 mln), dekabrın sonunda isə 60 mln dollar ($46,2 mln) udulb.

Femida.az

Açar sözlər:

Oxunub: 1284