Süleyman Dəmirəldən tarixə düşmüş sözlər


17:00     17 İyun 2015 süleyman.jpg

Bu gecə ürək çatışmazlığından dünyasıını dəyişən Türkiyənin 9-cu prezidenti, 91 yaşlı Süleyman Dəmirəl Türkiyə siyasəti tarixində həm də maraqlı şəxsiyyəti ilə tanınıb. Ata ola bilməyən, lakin Türkiyədə "baba" ləqəbi ilə sevilən siyasətçinin ölümünü ölkə mətbuatı, tanınmışları elə “Türkiyə siyasəti “Baba”sını itirdi" deyə təqdim etdilər.


Femida.az Türkiyə KİV-nə istinadən, Dəmirəlin siyasət tarixinə damğasını vurmuş sözlərini təqdim edir:

60-cı illərdə, Kipr olayları ilə bağlı İngiltərə ilə Türkiyənin əlaqələrinin pis olduğu vaxtlarda Dəmirəl İngiltərəyə səfər edir. Geri qayıdarkən jurnalistlərdən birinin “əfəndim, nədən İngiltərənin Xarici əlaqələr nazirinin əlini sıxdınız” sualına “harasını sıxcaqdım bəs, qardaşım” cavabını verir.

Yunanıstanla Türkiyə arasında 12 ada məsələsi ilə bağlı problemlər yaşanıb və vəziyyət kritik həddə çatır. Səhərisi kabinet toplanır və uzun saat davam edir. Çöldə duran jurnalistlər isə Dəmirəlin verəcəyi açıqlamanı gözləyirlər:

-Cənab baş nazir, Yunanıstan Ege dənizinin yunan gölü olduğunu iddia edir. Cavabınız nə olacaq?

-Ege bir türk gölü deyil. Ege bir yunan gölü də deyil. Ege ümumiyyətlə, göl deyil!

Dəmirəlin bir zaman jurnalistlərin benzin yoxluğu ilə bağlı verdiyi suala əfsanəvi cavabı isə belə olub:

Yoxsa, benzin var idi, biz içdik? Su daha dəyərlidir, yoxsa, benzin? Təbii ki, su. Benzini içməzlər, amma su içilər.

Baş nazir olarkən bir proqramda ona ünvanlanan “sizi indiki yerinizdən altı dəfə endirdilər, hələ ordaa necə durursunuz” sualına cavab olaraq “mən altı dəfə getsəm də, yeddi dəfə qayıtmışam” cavabını verir.

Dəmirələ Fənərbaxçanı yoxsa Qalatasarayı tutursunuz sualını verən müxbirdən “Beşiktaşı niyə soruşmursunuz” deyir.

Kırıkkalada silah-sürsat fabrikində partlayış olur. Qəzet manşetləri isə nədən heç bir qabaqlayıcı tədbir görülmədiyindən yazır. Dəmirəl yenə də öz üslubu ilə hadisəni dəyərləndirir:

Kimin ağlına gələrdi ki, partlayacaq?

Müxbir:Dərin dövlət nə deməkdir?

Dəmirəl: Dərin dövlət normal dövlətin relsdən çıxmış halıdır.

1980-ci illərdə Bülent Ecevit haqqında: dörd qaz təslim etsən, axşama üçünü itirib gələr.

Süleyman Dəmirəl mübahisəli president seçimləri öncəsi heç bir universitetdə etiraz aksiyası keçirilməməsinin diqqətçəkici olduğunu deyir:

Haradadır bu ODTÜ-lü tələbələr (Orta Şərq Texniki Universiteti-red.)?

Dəmirəlin bu sözündən sora universitet sərt şəkildə seçki ilə bağlı bəyanat yayır.

Dəmirəldən jurnalist Türkiyənin hazırki durumunu tək kəlimə ilə ifadə etməsini istəyir:

Dəmirəl: yaxşıdır.

Hər kəs təəccüblənir, Dəmirəl isə əlavə edir ki, əgər iki kəlimə ilə ifadə etməyimi istəsəydiniz “yaxşı deyil” deyərdim.

Universitetlərdən birinə ziyarət edən Dəmirəli sol görüşlü tələbə onu sıxışdırmağa çalışır:

-Türkiyədə görülən hər cür işə sahiblənmək kimi bir adətiniz var.

-Sən harada yaşayırsan?

-Niyə soruşdun? Kadiköydə.

-Bax bura hər gün gəlib getmək üçün üstündən keçdiyin körpü var ha

-ee sonra.

-Bax, onu da mən tikdirmişəm!

Açar sözlər:

Oxunub: 1234