İdmançılarımıza qarşı hakimlərdən ədalətsiz QƏRAR


18:52     17 İyun 2015 14343844002055314061_750x500.jpg

Gimnastlarımız hakimlərin qərəzli qərarı nəticəsində finaldan kənarda qalıb


Federasiya rəsmisi qrup hərəkətləri üzrə 5 lentlə çıxış edən yığmamızın final mərhələsinə yüksələ bilməməyinə münasibət bildirib. O, hakimindən narazı olduğunu bəyan edib: “Biz bu ədalətsizliyə son qoymaq üçün etirazımızı təqdim edəcəyik”.

“Bəzi komandalar səhvə yol verib, alətləri yerə salırdılar. Amma son nəticədə bizimlə müqayisədə onlar final mərhələsinə vəsiqə qazandılar. Başa düşə bilmirəm, bu necə ola bilər?” Bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

Qeyd edək ki, hakimlər tərəfindən 16,700 xalla qiymətləndirilən millimiz 8-ci olub.

Açar sözlər:

Oxunub: 795


Oxşar xəbərlər