Mursi Türkiyədən niyə imtina edib? – ŞOK SƏBƏB


20:24     17 İyun 2015 mursi5.jpg

Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursinin Türkiyəyə gəlməməsinin səbəbi məlum olub.


Devrilmiş Misir prezidenti Məhəmməd Mursinin Türkiyəyə gəlməsi ilə bağlı təmas qurulduğu, ancaq onun bu təklifi rədd etdiyi ortaya çıxıb.

Femida.az “Vətən qəzeti”nə istinadən xəbər verir ki, Mursi ölkəsini və dostlarını tək qoymaq istəmədiyi üçün Türkiyəyə getməkdən imtina etdiyi deyilir.

İHH Xeyriyyə Cəmiyyətinin rəhbəri Bülənt Yıldırım da faktı təsdiqləyib. Eyni zamanda Bülənt Yıldırım "Mursini edam etsəniz minlərlə Mursi yetişəcək" -deyə bildirib.

Qeyd edək ki, Ərəb baharından sonra xalqın böyük səs çoxluğu ilə Misirin ilk prezidenti seçilən Məhəmməd Mursi, nazir vəzifəsinə təyin etdiyi Əbdülfəttah əl-Sisi tərəfindən çevriliş sonrası edam cəzasına məhkum edilib.

Dünən isə Misir məhkəməsi devrilmiş prezident Məhəmməd Mursi haqqında verdiyi ömürlük həbs cəzasını ləğv edərək daha öncə verilmiş ölüm hökmünü qüvvədə saxlayıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 793