İlham Əliyev Ərdoğana başsağlığı verdi


21:02     17 İyun 2015 femid.jpg

Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana sabiq prezident Süleyman Dəmirəlim ölümü ilə bağlı başsağlığı verib:


Femdia.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

-Əziz Qardaşım,

Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr etmişdir. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr vermişdir. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 675