Bir ailə üç üzvünü itirdi - Xaçmazda ailə faciəsi


21:36     17 İyun 2015 15935.jpg

Xaçmaz rayonunda gənc oğlanın asılmış meyiti tapılıb.


Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin 1992-ci il təvəllüdlü Maqsud Vahid oğlu Məmmədov olduğu məlum olub. Meyit müayinə olunmaq üçün tibbi ekspertizadan keçirilib.

Müayinə zamanı Maqsud Məmmədovun intihar etdiyi məlum olub.

Qeyd edək ki, Maqsud Məmmədov kasıb ailədə yaşayır. Atası, bacısı və əmisi qızı bir ilə əvvəl dənizdə çimərkən boğlulublar. Doğmalarının ölümündən sarsılan Maqsud Məmmədov həmişə fikirli görünürmüş. Onun subay olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 828