Tiflisdən qaçan pinqvin - QAZAXDA


21:40     17 İyun 2015 pinqvin_041.jpg

Gürcüstan paytaxtı Tiflis Zooparkından qaçan Afrika pinqvini Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı körpü ərazisindəki Xram çayında aşkarlanıb.

Bu barədə Femida.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Gürcüstan paytaxtı Tiflisdən Azərbaycanla olan körpüyə qədər olan məsafə 60 kilometrdir.

Zoopark nümayəndəsi bildirib ki, artıq pinqvinin qaytarılması üçün Tiflisdən xüsusi nümayəndələr əraziyə göndərilib. Heyvanın ən qısa vaxtda Tiflisə qaytarılacağı bildirilir.

Qeyd edək ki, iyunun 14-ü baş verən təbii fəlakət nəticəsində Tbilisi Zooparkı dağılıb. Nəticədə begemot, ayı, pələng, pinqvin və digər vəhşi heyvanlar da şəhər küçələrinə dağılmışdı.

Açar sözlər:

Oxunub: 4078


Oxşar xəbərlər