Türkiyədə 3 gün matəm olacaq


21:47     17 İyun 2015 97213.jpg

Türkiyənin keçmiş prezident Süleyman Dəmirəlin vəfatı ilə bağlı Türkiyədə 3 gün matəm elan edilib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Əhməd Davudoğlu açıqlama verib.

O, qeyd edib ki, S.Dəmirəlin ölkə üçün etdiyi bütün əməllər hər zaman yaddaşlarda qalacaq: “ Süleyman Dəmirəl Türkiyə siyasətində çox dərin izlər qoyan şəxsdir. Allah rəhmət etsin”.

Qeyd edək ki, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl vəfat edib. Sabiq prezident bu gün gecə saatlarında müalicə aldığı Ankara Güvən Xəstəxanasında 91 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb nəfəs yolu infeksiyası və ürək çatışmazlığı göstərilir.

Açar sözlər:

Oxunub: 789