Aygün Kazımova vətəndaşları aksiyaya çağırdı - VİDEO


19:12     10 May 2016 12377791_1685781528365840_2544697432949271984_o.jpg

Xalq artisti Aygün Kazımova bütün vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Yaşıl dağ” aksiyasında iştirak etməyə dəvət edib.


Femida.az xəbər verir ki, Aygün Kazımova kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” sosial aksiyasının keçiriləcəyini bildirib.

“Aksiya 14 may 2016-cı il tarixində, saat 12:00-15:00-da Nizami rayonu, Heydər Əliyev prospekti 115-də yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində baş tutacaq. Kağız tullantılarını bizə gətirin və bu aksiyaya dəstək olun. Gəlin doğma vətənimizin təbiətinə sahib çıxağın, hər kağızı bir yarpağa dəyişəyin”.

Qeyd edək ki, “Yaşıl dağ” aksiyası İDEA İctimai Birliyinin təşəbbüsü, "ASAN xidmət"in dəstəyi ilə keçirilir.

Təbiətin qorunmasına və ekoloji balansa öz töhfəsini vermək istəyən şəxslər özləri ilə kağız tullantısı gətirərək aksiyaya qoşula bilərlər!



Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2747