Nazir görüş keçirəcək


01:45     18 İyun 2015 129578.jpg

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər.


Femida.az-ın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev saat 11.00-da Neftçala şəhərində vətəndaşları qəbul edəcək.

Bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs- Pərviz İsgəndərli, Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin yuxarıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Açar sözlər:

Oxunub: 706