Bakıda evdən qumbara tapıldı


23:40     10 May 2016 8749dfbbbf5aacb640d4ea777d54b2e8.jpg

Pirallahı qəsəbə sakininin evindən silah-sursat tapılıb.


Femida.az xəbər verir ki, Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Sadıqovun evinə baxış zamanı fişəng atan tapança, 36 ədəd müxtəlif çaplı patron, 1 ədəd “RQD” və 1 ədəd “F-1” qumbaraları, habelə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1025