Həbsxana daxilindəki qaydalarda DƏYİŞİKLİK


00:11     11 May 2016 52587606e7c41103738ba2e1cd5f7015.jpg

Ədliyyə Nazirliyinin Kollegiyası “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişiklik edib.


Femida.az xəbər verir ki, dəyişiklik narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərlə əlaqədardır.

İndiyə qədər tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən isə bundan sonra cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1294