Putin Qələbə Gününü qələbə ilə qeyd etdi


02:02     11 May 2016 putin62.jpg

Rusiya Prezidenti Vladimir Putin "Xokkey liqasının ulduzları" komandasının tərkibində Soçidə xokkey matçına çıxıb.


Femida.az xəbər verir ki, Putin “Gecə xokkey yığmasının ulduzları” komandasına qarşı oynayıb. İlk hissə Putinin komandasının xeyrinə nəticələnib - 3-0.

Putin ikinci dövrədə 11 nömrə altında meydana çıxıb. Onunla bir komandada Müdafiə naziri Sergey Şoyqu və KXL direktorlar şurasının üzvü Vyaçeslav Fetisov çıxış edib.

Prezidentin rəqibinin heyəti isə ulduz xokkeyçilərdən təşkil edilib. Həmin komanda "Həvəskar 40+" divizionunun qalibi kimi Putinin komandasının qarşısına çıxıb.

Putin rəqib qapısına dəqiq 7 şayba zərbəsi endirib. Nəticədə görüş Putinin komandasının 18-6 hesablı qələbəsi ilə yekunlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1843