Saxta pul satan azərbaycanlı tutuldu


16:37     11 May 2016 tutulub5.jpg

Yaroslavlda yaşayan azərbaycanlı saxta pul satdığı üçün saxlanılıb.


Femida.az xəbər verir ki, Krasnoperekopski rayon prokurorluğu istintaq orqanlarının Azərbaycan vətəndaşı barədə həbs qəti imkan tədbiri seçilməsi vəsatətini dəstəkləyib. Onu Rusiya Federasiyasının cinayət məcəlləsinin "saxta pul və ya qiymətli kağızların hazırlanması, saxlanması, daşınması və satması" maddəsi ilə şübhəli bilirlər.

Araşdırmalar nəticəsində məlum olub ki, həmyerlimiz Moskvada yaşayıb. Yaroslavl rayon prokurorluğunun məlumatına görə, o, bir neçə həmyerlisi ilə birgə bu rayona gələrək müxtəlif ticarət obyeklərinə nominal dəyəri 5000 rubl (114 AZN) olan saxta pul ödəyib.

Azərbaycanlı və onun həmyerliləri növbəti pul satışı zamanı saxlanılıblar. Hazırda onun barəsində həbs qəti imkan tədbiri seçilib. Onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 978