İki şəxsə hökm oxundu - Nardaran hadisələri


16:50     11 May 2016 1421915026_atasini-balta-ile-olduren-shexse-hokm-oxunub-cenubnews.jpg

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən daha iki nəfərin işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az xəbər verir ki, təqsirləndirilən Ürfan Nəbizadə və Hüseynbala Nəbizadəyə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən hər iki şəxs ötən il noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərindən sonra həbs edilib. Onların barəsində Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə açılmış cinayət işi ilə istintaq aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1177