Bakıda İran vətəndaşına hökm oxundu


18:20     11 May 2016 hokm3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Hüseyn Sərdarpur Sərxaranın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H. S. Sərxaran Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, göndərmə) maddəsinə əsasən ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 952