General cəbhədə hərbi şəhərcikləri yoxladı - FOTOLAR


21:45     11 May 2016 zakir-1.jpg

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə boyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıb.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1252