“Forbes” ən varlıları açıqladı

“Forbes” ən varlıları açıqladı


04:02     12 May 2016 forbes.jpg

"Forbes" jurnalı 2015-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.


Femida.az-ın məlumatına görə, siyahıya ötən iki il olduğu kimi Kriştianu Ronaldu (“Real” Madrid) başçılıq edir.

Onun illik gəliri 82 milyon dollardır.

İkinci yerdə Lionel Messi (“Barselona”, 77 mln), üçüncüdə isə Zlatan İbrahimoviç (PSJ, 37 mln) qərarlaşıb.

İlk onluqda həmçinin Neymar (“Barselona”), Qaret Beyl (“Real” Madrid), Ueyn Runi (“Mançester Yunayted”), Serxio Aquero (“Mançester Siti”), Luis Suares (“Barselona”), Eden Azar (“Çelsi”) və Sesk Fabreqas (“Çelsi”) yer alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1488


Oxşar xəbərlər