Bu kəndlərə ilk dəfə qaz verilib


04:17     18 İyun 2015 221334_46052.jpg

Bu gün Zaqatala rayonunun Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən Femida.az-a verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1 184 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 61 755 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 184 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açar sözlər:

Oxunub: 840