Xəzər 3 ölkə arasında bölündü


13:57     12 May 2016 xezer43.jpg

Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib.


Femida.az xəbər verir ki, bu barədə “Caspian Energy” jurnalına müsahibəsində Rusiya prezidentinin Federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov məlumat verib.

Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan Bratçikov Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyanatını xatırladıb. O bildirib ki, altında Rusiya prezidentinin imzası olan bəyanatda “Xəzər dənizinin dibinin və təkinin bölünməsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında tərəflərin razılığı ilə aparılmalı” olduğu qeyd olunur.

“Əslində, işlərin yarısı artıq görülüb: Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib, həmçinin Qazaxıstan və Türkmənistanın dib sektorları arasında sərhədlər müəyyənləşdirilib”, - Rusiya XİN-in xüsusi nümayəndəsi bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 6493