Bu gün yarımfinalıdır


16:18     12 May 2016 eurovision-2016-logo.jpg

Bu gün “Eurovision 2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.


Femida.az xəbər verir ki, Stokholmda baş tutacaq yarışma saat 23.00-da İctimai TV- də canlı yayımlanacaq.

Müsabiqədə iştirak edən 18 ölkə finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın iştirakçıları öz ifaları ilə çıxış edəcək.

Xatırladaq ki, müsabiqənin final mərhələsi mayın 14-də baş tutacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 739