Ərzaq məhsulları bahalaşıb
18:23 12 May 2016
2016-cı ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2% artıb.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2016-cı ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aprel ayında mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, mebel və ev əşyalarının qiymətlərində bahalaşma müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Femida.az
Oxunub: 1267
Oxşar xəbərlər
- Britaniya kəşfiyyatı: "Xersonda ərzaq qıtlığı əhalinin kütləvi köçünə səbəb olacaq"
- Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- "Azərbaycanda ərzaq qıtlığı yoxdur və gözlənilmir" - AÇIQLAMA
- Baş Nazir: "Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır"
- Kiyevdə ərzaq mağazalarında uzun növbələr yaranıb, banklar bağlanıb
- Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Şəmkirdə ərzaq mağazasında istifadə müddəti bitən məhsullar aşkarlanıb
- Pandemiya ərzaqlıq buğdanın qiymətinin artımına səbəb olub