Bakıda polis avtomobili qəzaya düşüb


18:28     12 May 2016 6973a9e60a2c066f0ec6d9ee67481095.jpg

Bakıda polis avtomobili qəzaya düşüb.


Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şərifzadə küçəsi 77 ünvanında qeydə alınıb. Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Ümid İmran oğlu Məmmədovun idarə etdiyi “Azsamand” markalı, 90 UV 395 dövlət nömrə nişanlı avtomobil xidmətdə olan Çevik Polis Alayına məxsus “FİAT-Doblo” markalı, 90 AP 667 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1008