Yaşar İsakov Penitensiar Xidmətdən ayrıldı - FOTO


18:35     12 May 2016 11755696_1624424551174445_3583870921992915937_n7.jpg

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctamaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov vəzifədən ayrılıb.

Femida.az xəbər verir ki, bu barədə Yaşar İsakovun özü «Facebook» sosial şəbəkəsində məlumat verib.

Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

`Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı. Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. 2 il ərzində bizim aramızda tək rəis-işçi münasibəti yox, həm də dostluq əlaqələri olub. Mən isə hazırda bir müddət əvvəl fəaliyyətini dondurduğum Press24.az saytını bərpa etmək fikrindəyəm`.



Femida.az

Açar sözlər:

Oxunub: 2663