NİDA-çı gənclərdən 2 kq narkotik tapıldı - RƏSMİ


18:42     12 May 2016 iki%20nidacii.png

Daxili İşlər Nazirliyi (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı məlumat yayıb.


Femida.az xəbər verir ki, DİN-in məlumatına görə, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

Rəsmi məlumatda deyilir:

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

Femida.az

Açar sözlər:

Oxunub: 1788