Obama müsəlmanları təbriki etdi


14:32     18 İyun 2015 obama-signs-secret-directive.jpg

ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edib.


ABŞ preizdenti Barak Obama özü və xanımı Mişel Obama adından ABŞ-da, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların oruc ibadətini təbrik etdiklərini söyləyib.

Ağ Ev rəhbəri Ramazan ayının ailələri və qohumları, dost-tanışları bir araya gətirdiyini vurğulayıb.

“Bu ay, inancı gücləndirmək, mərhəmət, bağışlamaq və sıxıntılara qarşı səbr etmək üçün verilmiş bir vaxtdır. Bu müqəddəs ayda dünya müsəlmanları müharibədən, aclıqdan, yoxsulluqdan və xəstəliklərdən təsirlənənlərə yardım əlini uzadır”, - deyə B.Obama bildirib.

Bundan başqa o, Ramazan ayı münasibətilə ölkədəki müsəlmanları ənənəvi olaraq Ağ Evdə keçirilən iftar yeməyində görmək üçün səbrsizləndiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, bu Barak Obamanın dünya müsəlmanlarına etdiyi ilk təbrik deyil.

Açar sözlər:

Oxunub: 1141