İnanılmaz olay: gənc müəlliməni oğurladılar


19:11     12 May 2016 1463050758.jpg

Ağsu rayonunda gənc müəlliməni oğurlayan şəxslər tutulub.



Femida.az -ın Lent.az-a istinadən məlumatına görə, Nuran kənd tam orta məktəbinin qarşısında 23 yaşlı müəllimə Sara Vəliyeva (ad şərtidir) bir neçə gün əvvəl bir qrup şəxs tərəfindən zorla maşına salınaraq qaçırılıb.

Artıq gənc müəlliməni zorla qaçıran şəxslərin kimliyi məlum olub.

Məlumata görə, səhər saatlarında Nuran kəndində kirayə yaşadığı evdən çıxaraq məktəbə gedən S.Vəliyevanı qonşu Nöycü kəndinin sakinləri - 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu və dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu təzyiq göstərərək zorla VAZ 2106 markalı avtomobilə mindirərək qaçırıblar. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

Artıq hadisəni törədən Bəhruz İsrafilov və Əmrah Əsgərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hazırda Müşfiq İsrafilovun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Vəliyeva 2015-ci ilin sentyabrından başlayaraq Nuran kənd orta məktəbində kimya müəllimi işləyir.

Açar sözlər:

Oxunub: 1157