Bu küçə istifadəyə verildi - VİDEO


19:52     12 May 2016 yol307.jpg

Xətai rayonu Sadıqcan küçəsi təmir edilərək istifadəyə verilib.


Azəravtoyol ASC-dən Femida.az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınıb.

Ümumilikdə, küçənin 15 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min p/m yeni səki daşı düzülüb.

Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.



Femida.az

Açar sözlər:

Oxunub: 1120