Oğlan anası ilə birləşib 14 yaşlı qızı qaçırdı


19:58     12 May 2016 qiz%20qacirmaq32.jpg

Paytaxtda 14 yaşlı qız qaçırılıb.


Femida.az xəbər verir ki, bu barədə APA-ya Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Mərdəkan qəsəbə sakini Vəfa Bənnayeva polisə ərizə ilə müraciət edərək qızı, 14 yaşlı S.Nəbiyevanın qaçırıldığını bildirib.

Araşdırmalar zamanı qızın Bəxtiyar və onun anası Güləndam adlı şəxslər tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1526