Bakıda 10 min manatlıq oğurluq


21:03     12 May 2016 ogurluq%20seyf.jpg

Bakıda mənzildən pul və külli miqdarda qızıl oğurlanıb.


Femida.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xan Şuşinski küçəsi ev 70 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Səyyarə Əliyevanın evindən açar seçmə yolu ilə 270 manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 817