Goranboy sakinindən marixuana götürülüb


01:59     13 May 2016 hebs%20edildi.jpg

Lerik Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən rayon ərazisində narkotik vasitəni satmağa cəhd edən şəxs zərərsizləşdirilib.


Lerik RPŞ-dən APA-ya verilən məlumatına görə, Goranboy rayonunun Goranlı kənd sakini, 1964-cü il təvəllüdlü Balabəy Sultan oğlu Məmmədov şöbə əməkdaşları tərəfindən rayon ərazisində şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış keçirilərkən, oradan ümumi çəkisi 3 kiloqram 20 qram olan narkotik vasitə marixuana aşkar edilərək götürülüb.

İlkin ifadəsində B.Məmmədov narkotik maddəni Goranboyda məlum olmayan mənbədən əldə etdiyini və onu Lerik rayonunda satmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı Lerik RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 985