“Həmişə kişilərmi öldürəcək?” - Cinayətkar qadın


04:54     13 May 2016 qadin%20bicaqla.jpg

Türkiyənin Ordu şəhərində qadın 75 yaşındakı ərini bıçaqlayaraq öldürüb.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Semra adlı qadının özünü müdafiə edərkən söylədiyi sözləri hamını şoka salıb.

“Həmişə kişilərmi öldürəcək? Bir dəfə də arvad öldürsün? O, məni öldürəcəkdi, mən onu öldürdüm”, - deyib.

Qətlin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir. İlk olaraq kişinin başını su qabı ilə vuran Semra sonra mətbəx bıçağı ilə onu 15 yerindən bıçaqlayıb. Bununkla da ürəyi soyumayan qadın şüşə parçaları ilə kişinin qulaqlarını və əllərini kəsib.

Femida.az

Açar sözlər:

Oxunub: 989